M

🌸Çiçək gözlüm bu sözləri bil yetər🌸

Kədər məni sıxsa da sağ-sollara,
İstər atsın bu, ya başqa yollara
Səni verməm çırpsa da daş, kollara,
Çiçək gözlüm, bu sözləri bil yetər..
🍃...🥀...🍃
Adına min nəğmə, şeir qoşaram
Eşqin ilə bir ümman tək coşaram
Sənsiz, gülüm, bir Məcnuntək yaşaram
Çiçək gözlüm, bu sözləri bil yetər..
🍃...🥀...🍃
Üzün parıldayan şəmsi-qəmərdi,
Qaşın nazik gözə sanki kəmərdi,
Eşqin bu Rabilə xeyli səmərdi
Çiçək gözlüm, bu sözləri bil yetər..
🍂QəmliAşiq🍂
©qemliaşiq