Baxsan kainata, hər mövcudata,
Görərsən Allahı bəsirətlə sən.
Zahirdən süzülüb batinə ensən,
Qalarsan üzbəüz həqiqətlə sən.
Çıxarsa çarxındən bir dəfə dünya,
Duyarsan nizamı, nizamsızlığı.
Üzərsə əlini bir dəfə yerdən,
Bilərsən davamı, davamsızlığı.
Hansı maneədir qorxudan səni?!
Hansı maneələr uyudub səni?!
Aç qəflət pərdəsin nur səpələnsin,
Bəlkə də, bu zülmət soyudub səni.
Görən gözlərinə tor gətirmisən
Batilin sözünə sən uya-uya
Qulağı doğruya həsrət qoyubsan
Yalançı vədləri sən duya-duya
Rabil, gör nə vaxtdır ayrı düşmüsən,
Həqiqət yolundan, haqq çırağından.
Yaşamaq sınaqdır, bir imtahandır,
Çalış ki, keçəsən haqq sınağından..
🍂QəmliAşiq🍂
©qemliasiq
M