Y

SƏNLİ GÜNLƏRİM....

Ağırdır həyatin çətin günləri,
Əzabdır zülümdür yaman günləri.
Baxırsan dalırsan keçmiş günlərə.,
Unutmaq olarmi sənli günləri.
Gəlirsən fikrimə dalıb qalıram,
Ruhumda cismimdə hey dolanirsan.
Bir dayan bir kiri hey danışırsan,
Unutmaq olarmı sənli günləri.
Yadına düşürmü mən olan illər,
Mən cox danışardım sən dinləyərdin,
Birlikdə düşünüb plan qurardıq,
Unutmaq olarmı sənli günləri.
Çətindir yamandir ayrılıq dərdi,
Ruhunla sevirsən əhdə sadiqsən.
Sən orda mən burda gözlərsə yolda,
Unutmaq olarmı sənli günləri.......
SARVAN ƏLİYEV ✍️ APSƏR
©