Hər tərəf al-qaranlığa bürünübdü o gün kimi
Xəyalımdadı surətin sanki o gün bugün kimi
Tanımadım bu dünyada mən heç kəsi heç bir zaman
Sənin təkin böylə doğru, sənin təkin düzgün kimi
Baxma bu cür vüqarlı tək dayanıbdı qarşında ol
Görməzsən heç bir aşiqi onun təkin ölgün kimi
Hanı ədalətdən deyən, doğru-dürüstəm söyləyən?!
Olmaz onların bölgüsü heç vaxt sənin bölgün kimi
Rabil, görən hansı kəslər səni səndən ayrı salıb?!
Bu qüssəvü, kədər və qəm edib səni üzgün kimi
©qemliaşiq
M