Tanrı dünyanı hər an Sizlərə xatir yaşadır
Yerə nazil edilən Sözlərə xatir yaşadır
Gəl zülm eyləmə, zalim, o tifil körpələrə
Yaradan bizləri ol gözlərə xatir yaşadır
Bu qədər əyri gedən, haqsız olan kəsləri də
Sən demə az görünən düzlərə xatir yaşadır
Çöhrəsindən gülüşün əksik etmə bir yetimin
Gülən üzləri həmən üzlərə xatir yaşadır
Sən də, Rabil, çalış hər vaxtı könüllər şad elə
Neçə yüz mislini O, yüzlərə xatir yaşadır..
🍂QəmliAşiq🍂
©qemliaşiq
M