1 dəfə gəlirmiş insan dünyaya
Ey Cahan sənsən mi qəlblərə sultan?!
Olmasın heç şübhən, sən mənə heyran
Çoxumuz sanmışıq səni bir ümman
Bataqlıqamsada olmuşam dünyan
Nə qədər aldatdın, söyləyib yalan ?
Bağışla aldatmaq adətim mənim.
İnsanı azdırmaq çoxmudur asan ?
Azdırmaq ən gözəl alətim mənim.
Gecələr ağladım yoxmudur vicdan ?
Hər şey əlimdəykən acizsən inan
Səninçün maraqlı deyildir insan ?
İnsanlar axmaqdı əyləndim yaman
Bəs can varlığını veribsə qurban?
İnsan itirməyə alışdı çoxdan
Ömür getdir axı qısalır zaman
Mənəm ki günahkar atmayın böhtan ?!
Hüzünlü gecəmdə olmusan həmdəm
Məndən nə dost olar nə də ki düşmən
Bilirsən çoxdandı , yoldaş mənə qəm
Qəmi sənə yoldaş , edən mənəm mən
Mən insan sən dünya edirik söhbət
Olmaz ki nəticə etsən də töhmət
Arzum var ürəkdə etmişəm niyyət
Vermərəm ölsəndə kiçik bir möhlət
©elm
E