Yox gələn, yox döyən xeyli zamandı,
Nə ürək qapımı, nə ev qapımı.
Libasda eynidi elə nə vaxtdı,
Tez-tez dəyişirəm bir külqabımı.
Qarışıb saqqalda artıq saçıma,
Yaman yorulmuşam, yaman düşmüşəm.
Özümə əzəldən elə fikir yox,
Fikirə özümü ancaq vermişəm.
Tanrı sahibisən, yerin və göyün,
Verməkdə, almaqda aslıdı səndən.
Qaytar aldıqlarını mənə geri ver,
Heç nə istəmirəm başqa mən səndən,
Tanrı eşitmirsən, tanrı görmürsən,
İki qolumuda asmışam göydən.
De günahkaram, ya duyulmuram,
Yoxsa görünmürəm baxdığın yerdən.
Neyləyim alnıma belə yazılıb,
Xətt çəkib, nədəki poza bilirəm.
Küsdüklərim ilə artıq barışıb,
Barışdıqlarımla daha küsürəm.
Alvin 2019
©alvin_slm
A