Bilirəm,bilirsən sevirəm səni
Ona görə bu qədər qəddar olmusan
Sevgimin verdiyi qürurdanmı sen
Günü günden dahada qəddarlaşmısan?
Can bilib çəkirəm nazıvı sənin
Sən artıq özündən razı olmusan
De rəvamı bu qədər küsdürməyin
Məni artıq həyatdan soutdurmusan
"Eybi yox,sevirəm" dedikce mən
Sən artıq bu sevgini fürsət bilmisən
Ağlıvı yığ başıva,bax bir ətrafa
Gör mənim kimisin birdə görərsən?
Ayrılığınla qorxutma məni
Dağ boyda atamdan ayrı düşmüşəm
Inan ki,unutmaq istesem səni
Bir anlıq bu haqda düşünmərəmdə.
Qəlbimin atəşi sönəndən sonra
Dünyanı yandırsan faydası olmaz
Sənə olan sevgim öləndən sonra
Menimçün ölüdən bir fərqin olmaz...
(Əliyeva Aygün Elman qızı)
©aygün_1998
A