M

🥀علي(ع)🥀

"Şir"ləri məğlub eləyən 'şir'di Əli
Allahı təsdiq eləyib birdi, Əli
Tək onu Allah tanıyır sirdi Əli
Zər nədi? layiqli bilən Zərgər olar
Kim rüku halında zəkat eylədi bəs?!
Ki, bunu Quran da deyib, kimdi o kəs?!
Nəfsinə Allahı üçün söylədi: "kəs!"
Ki belə kəs bil Əli tək rəhbər olar!
Ki onu iman idi qüvvətli edən
Bizlərə Allah idi ibrətli edən
Zalimə qarşı isə heybətli edən
Böylə bir imani olan Heydər olar
Bax necə layiqli ömür sürmüş, Əli
Allah üçün zalımı öldürmüş, Əli
Qədrini biz bilməmişik dürmüş, Əli
On kimi dünyada denən gövhər olar?!
Şəninə, Merac, nə qədər söz qoşasan,
Bir ömür Ondan yazasan, hey coşasan,
Aciz olar, sən yenə də qatlaşasan
Can çıxan an dildə adı əzbər olar..
🍃MERAC🍃
©merac