Nəbilim nə deyim söz tapamıram,
Dostların içinde başqadır Abbas.
Atası köçənən zirəng böyüdü,
Ailənin zəhmətin çəkdi çiyninə.
Artıq cavanlığı ötür yaninan,
Üzündə qırış var saçında dəni.
Ailəyə bağlıdır sevir sevilir,
Hərkəsin dərdinə məlhəm olandı.
Allahı dərk edib seçib haq yolun,
Rəsulu əkrəmə vardır sədaqət.
Qurana təslimdir Əliyə aşiq,
Hey misal gətirər Salman farsidən.
Onan öyrənəcəy çoxlu dərslər var,
Nə deyim talehə nə çarə qilim.
Darıxır ürəyim yol çəkir gözüm,
Əxamnan uzağam xeyli zamandır.
Cox çətin zamanlar oldu dayağim,
Mənəvi doymuşam onun yaninda.
Kasıbdır bilməzlər dünya pərəslər,
Meysəmi təmardır imanı zəngin.
SARVAN ƏLİYEV✍️APSƏR
©arvan
Y