H

ACI

Dərdimi bir kimsə anlaya bilməz
Özüm öz dərdimi bilə bilmirem
Elə düşmüşəm ki kədər içinə
Çıxmağım cəhənnəm gülə bilmirəm
Sevinc bilməm nədir mən ondan yadam
Xəyallarim ölüb arzular nakam
Ölüyə bənzəyir ümidsiz adam
Həm yasaya həmdə ölə bilmirem
Namərd dost çıxanı silə bilsəmdə
Ömrün pis çağını silə bilsəmdə
Gözümden axani silə bilsəmdə
Ürəydəki qəmi silə bilmirəm