T

Acı

Hiss olunur acım gecənin sərinliyində,
Ölmüş arzular yatır ədibin qəlbinin dərinliyində.
Qaranlıq ömrümə qonaq gəldiyində,
Soyuq küləklər qapımı dəldiyində.
Onda yoxluğunu anladım,
Səni itirdiyimə görə özüm-özümü danladım.
İçimə çəktiyim tüstülər ciyərmi dağladı,
Gözlərimdə çağladı,
Qapını arxasında bərk bağlayıb,
Oturub otağımda sübhə qədər ağladım.