A

Adını Sən Qoy😂

Mənə demə vaxtım yoxdur
Yalanlara qarnım toxdur
Sənə bu sevgidə çoxdur
Söz, ürəyə batan oxdur.
Gah camalında var günəş
Yandırıb yaxır şairi
Gəl mənlə dalaş, gəl ecəş
Qır qəlbindəki zənciri
Elə asta-asta yeri
Belə yavaş-yavaş gəl, get
Tərpət dağı, daşı, yeri
Dağıt bir anlıq dümdüz et
Yandır Küllərə qərq elə
Od tök ala gözlərindən
Tapşır əsən küləklərə
Səni qoparsın qəlbimdən
Biraz danışma, bir dinlə
Gəlir, keçir sənsiz günlər
Hara qaçırsan ki, gözlə
Al apar, sənin bu sözlər.
©alican