Solub məzarina düzülən qərənfil
Keçir insanlar adsiz məzar önündən
Heç kim yada salmir, ziyarət etmir
Heç kimin yaş süzülməyir gözündən
Halbuki canini millət üçün verdi
Ölümün üzünə o dik baxaraq
Özünü qurban etdi bayraq üçün
Şəhidlik zirvəsinə o, ucalaraq
Bəli! bu adsiz məzar Şəhid məzarı
Unutdu bu millətim igid canavarı
Şəhidlər ölməz! deyən millətim
Nə tez unutdunuz adsiz məzarı
Biz ona borcluyuq!hər alınan nəfəsə
Biz ona borcluyuq! hər qoyulan qədəmə
Biz ona borcluyuq! gecə rahat yatmağa
Biz on borclyuyuq! hər gün ziyarət etməyə
Biz ona borcluyuq! hər gün onu anmaya
Şəhidlər can verirlər yurdu yaşatmaya
Şəhid ölür can verir unudub anılmayanda
Biz ölüncən borcluyuq adsiz məzarda yatana
©sairqemli
S