Bizə toy adətdir qədimdən bəri
İnsan o gün unudur dərdi səri.
Çox vaxt yemək ələ düşəndən olur
Toyda yemək şahçın bişəndən olur.
Kəsilir toylarda buğa qoç quzu
Dava düşər kimsə dağıltsa duzu.
Qonşu qohum toy günü qonağ gəlir
Sayan gəlir yaxınla qırağ gəlir.
Hərkəs meydana bir bir dəvət alır
Adətdir qonağlar toya pul salır.
Toyda söz əvvəl ağsaqqala düşür
Lazımsız söz namərd çaqqala düşür.
Toya ən gözəlindən libas geylir
İstəklər musiqiçiyə deyilir.
Rəqs edə bilən gösterir maharət
Rəqs etməkdə tələb edir cəsarət.
Tez evlənir hər günün səhərcisi
Toy həm gələn toyların xəbərcisi.
Əlbət o gün kimi əğyar adlanır
Bəyinsə süfrəsi yarla şadlanır.
Ata qıza verir son nəsihətin
Qızın qoltuğna verir cehiz zinətin.
Bəy oğlan düşür məsuliyyət sənə
Ölənəcən yarın əmanət sənə.
Hə toyda gözəl adətdir əlbətdə
Toy şənidir uşaq adlı nemətdə.
Dərya məsləhət verirsən hamıya
Cavab verərsən əcəl dursa qapıya.
©darya_isaq
D