Dünyanı o qədər dərdlə yüklədik,
Tökülüb üstünə onu təklədik,
Keçirib xəlbirdən hey ələklədik
Dözməyib düşdüyü hala ağladı
Cavabsız qalacaq bu qədər zülm?!
Niyə adiləşib bu qədər ölüm?!
Tutuldu o zaman, mənim bu dilim,
Bələkdə günahsız bala ağladı..
Zalimə bu zülm zəfər verəndə,
Ağaclar puç olan bəhər verəndə,
Falçı körpələrdən xəbər verəndə,
Utanıb dediyi fala ağladı...
Bilmədin qədrini çox olan zaman
Anlarsan əlindən yox olan zaman
Varlının köpəyi tox olan zaman
Acı fikirləşib yala ağladı..?!
"İnsan" düşmən olub insana indi,
"İnsan"lar dönüblər şeytana indi,
Biləndə qıyılır hər cana indi,
İllərlə sarsılmaz qala ağladı
Nə etdin qəlbini daşa çevirdin?!
Neçə quruları yaşa çevirdin
Sanki bu zamanı başa çevirdin
Zaman qayıdaraq dala ağladı
İnsana qayıdır günahın özü
Qəlbi daşlaşanın ağlamaz gözü
Rabil, göz yaşıdı qələmin sözü
Sözüylə qırılan "vala" ağladı..
🍂QəmliAşiq🍂
©qemliasiq
M