dəf etdim qəlbimdən yaxınlarımı.
zəif bilib arxadan vuranlarımı.
gizlədim görəndə bu göz yaşımı,
ürəkdə bir dənə səni saxladım!
gündüz gülsəm belə gecə ağladım.!
inan səni ən çox sevən mən özüm.
yetməzki dediyim hər cümlə sözüm.
anla məni nə olar ey iki gözüm..
bu ürəyi mən bir tək sənə bağladım!
hər gecə mən səni anıb ağladım.!
baxdığım hər yerə xatirən dolub.
sənsiz bağçamdakı güllərim solub.
məni yoxluğunun həsrəti boğub,
yadıma düşdükcə hər gün sızladım!
bir bilsən mən o gün necə ağladım.!
həyat zalım olub məni qırsada,
yaşıma baxmayıb qəmə salsada.
dünyada o məni oda atsada,
özümü bir dənə ümidə bağladım!
dua edib hər gecə sənsiz ağladım.!
B