Ağlama Anam ağlama
Oğlun hər an səninlədir
Vətən üçün ölən cismim
Yaşayan Ruhum sənlədir
Qurban olum göz yaşına
Qara bağlama başına
Şəhidlər ölməzlər Ana
Mənim üçün yas saxlama
Yerim Cənnət,Səfa yeri,
Burda mələklər yaşayır
Məğrur ol,uca tut başın
Sənə ucalmaq yaraşır .
Göz yaşların sussun artıq
Səbr olsun tək amalın
Torpaqdan yaranmışıq biz
Torpağada köçməliyikdik.
(Üfüq)
©üfüq
Ü