M

🍁Ağlayır🍁

Bax, günahla doldurubsan qəlbini qan ağlayır
Baxdığıycan halına nalə çəkib can ağlayır
Sən ki, Allah ünvanın yadlar ilə doldurmusan
Ol səbəbdəndir belə halına ünvan ağlayır
Hər günah etdikcə sanki sən onu yandırmısan
Od vurubsan, etmisən qəlbini biryan ağlayır
Etdiyin hər bir günah bu aləmə təsir qoyur
Ver qulaq bir aləmə səninçün hər yan ağlayır
Əfsus olsun nəfsinə imanı qurban etmisən
Məhbus olmuş imanın halına vicdan ağlayır
Merac, hərdən bax bəsirətlə səmayə,bəlkə də
Dözməyir göylər bu dərddən hərgün ümman ağlayır
🍃#MERAC🍃
©merac