Eşidsən bir zaman ölüb AŞİQ
qovuşub haqq ilə ağlama gülüm.
Haqq dərgahına dönüb AŞİQ
köçüb son mənzilə ağlama gülüm.
Dostıarım dedi ki bir özünü cəmlə
bir adam nə qədər yaşıyar qəmlə
dedim gecə ürey bir yanır şəmlə
dedilər ulduzun sönüb AŞİQ
qıyma qəlbim üzülə ağlama gülüm.
Həyatda mənə tərs üzün göstərdi
ömür bağınan əzizim qəlbimi dərdi
hər kəs ayrıl diyə bir əmir verdi
eşqə xatir olarla küsüb AŞİQ
yad olub nəsilə ağlama gülüm.
Dərd-qəm ağardıb cavan başında xainliyin görür dost-yoldaşında
dost xain yar vəfasız bu yaşında
gör nələr yaşıyıb görüb AŞİQ
mən qəlbi zəlilə ağlama gülüm.
Bu vəsiyyəti şüarıma yazarsız
əməl edib bu qərarıma yazarsız
bu son şeyri məzarıma yazarsız
ne bəlanan ömür sürüb AŞİQ
barı rəhmət dilə ağlama gülüm
barı rəhmət dilə ağlama gülüm.
TƏNHA AŞİQ.
©tenhaasiq
T