Tək baxışla açır güllərim
Al rəngə boyanır ləçəkləri
Nə səni incidir, nə məni üzür
Hər halıyla sevincə qərq edir məni.
Dünyama boylanır dinləmir kimsəni
Yamyaşıl incə beli əyilir o an
Küləyin nəfəsi yellədən zaman
Titrədir saralmış gözəl tellərin.
İncə əlləriylə örtür belin
Səmaya boylanır susub dinməyir
Günəşlə oyanıb,günəşlə qalxır
Kimsə gördükdə dönüb getməyir.
Nə toxunmağa qıyıram
Nə baxmağdan doyuram
Qızarmış yanağları səsləyir məni
Elə bir sehirdi sözlə doymuram
Hər küləylə süzür gözəl gözlərin..
N.V
©mirvari
M