M

🍃Ali Hədəf🍃

Ailə sadəcə evlənmək deyil!
Çoxusu evlənib, "ailə qurub"
Ailə "hə" deyib dillənmək deyil!
Neçəsi sözünün üstündə durub?!
Ailə, pis gündə, həm yaxşı gündə,
Halına qoşulub yanmaq deməkdi.
Ailə, qəlbin də, əziz küncündə,
Hər an əzizini anmaq deməkdi.
Əfsus, itiririk xoş dəyərləri,
"Yenilik" donunu geyinmək ilə..
Xırda şeylər üçün çox səhərləri,
Zəhərə döndərdik deyinmək ilə..
Nədir, bəs, çarəsi bu yanlışların?!
Xalqın bu dərdinə nə əlac olar?!
Çox qəlbi sındırıb bu baxışların,
İnsan bir xoş sözə hey möhtac olar..
Merac, ümidimiz göydə Allaha,
Yerdə insan olan insanlaradı..
Birləşək bu ali hədəfçün daha,
Sözüm özüm kimi cavanlaradı..
🍃MERAC🍃
©merac