"Eşqi kamil" dahilərdən hər biri
sevdanın.
Olub gözəl vəsf etmədə qadiri
sevdanın.
Əş'arı-çeşmədi usta-mahiri
sevdanın.
Çox uca ali-məqamlardı yeri
sevdanın.
Uca RƏBB'im eləmiş eşqi izah
Qur'anda
bu səbəb nadana sirr qaldı
sirri sevdanın.
Bəni-adəm də var ki sevib sevilmək bilməz
biganəyə yaddır axı təsiri
sevdanın.
Eşi-işrətlə eşqi bir bilən var
aləmdə
o, xəzan əhlinə gəlməz ətiri
sevdanın.
Biri gənclik xəyalı, biri
əfsanə deyir
olanda dərk edəcəklər əsiri
sevdanın.
Məcnuna tənə edən kəs, bir gün
aşiq olub
eliyib dərk nədir leyli zənciri
sevdanın.
Uca RƏBB'İm qərar verib
bəşəri-fitrət də
bəşər gözündə üreydi təsviri
sevdanın.
RƏBB'imin hikmətidir eşqə kəramət vermiş
bu səbəbdən olub aşiqdə piri
sevdanın.
eşqi acizdi ki TƏNHA AŞİQ
vəsf eliyə
dahilər söz sədəfindədir dürri
sevdanın.
©tenhaasiq
T