C

Alınmır..

Ürəyimlə danışırdım, gecələr sakit otaq.
Xəyalımda elədim arzuları özümə qonaq.
Ya edək qismətə üsyan,ya da ki, sakit olaq,
Bu təsəvvürlə uzun il yaşamaq məncə alınmır.
Kiminin vicdanı pakdır, Kiminin vicdanı pul.
Yəni çirkinliyi pak etməyə tapmışdı üsul.
Pul ilə vicdanı almışdır eliyib nəfsinə qul.
Toxunulmazdır o vicdanda yamaq məncə alınmır.
Məhv olub gəncliyimiz əldə tütün,beyni duman,
Ayılır ki,dadanıb başqa şeyə gör bir haçan,
Nə qədər söyləyəsən gəl belə qəflətdən oyan.
Olasan sonra o vərdişdən uzaq məncə alınmır.
Adamı vadar edirsən ki, cinayət eləsin,
Uşağı valideyn üçün axıdır göz giləsin,
Əl açıb Allaha azad olacağını diləsin.
Sən isə hamısını eylə qınaq məncə alınmır.
Pula acizlik edən vicdana vurdu yamaq,
Cavan insana dumana düşdü qalıb candan uzaq,
Günah vadar edən İblis edir hamını qınaq
Düzələr hamsı deyirsən ki,nahaq məncə alınmır.
©cavid1910