Ayıl ey bəndə bu qəflətdən oyan ol hüşyar
Necə xəlq eylədi insanı xuda sirrinə varr
İnsanın qəlbinin üstündədə ALLAH sözü var
O deməydü bu vücudu canı ALLAH qoruyur.
Əməli saley olan insanı ALLAH qoruyur.
Hər bir insan namazın vacibin idrak eləsə
Namaz üstə əl açıb xəstə şəfasın diləsə
Razı olmaz o kəsin həndəvərindən yel əsə
Yetirib bəndəsinə dərmanı ALLAH qoruyur.
Əməli saley olan insanı ALLAH qoruyur.
Bu həyat bir tamaşa hər kəsən oynar rolunu
Kimisi əməl dəftərin düşinər kimi pulunu
Nazil etdi QURANı bəndə tapa hakk yolunu
Bəşəriyyata görə QURANı ALLAH qoruyur.
Əməli saley olan insanı ALLAH qoruyur.
Hər iki çiynimiz üstündəki sakindi mələk
Yazır insanlarən amalını məhşər günə tək
Zamanın sahibi zuhr eyliyəcək gün gələcək
Onun hesabına bu dövranı ALLAH qoruyur.
Əməli saley olan insanı ALLAH qoruyur.
©baxruz
B