Özümdən çıxıram sənə gəlirəm,
Elə sanıram ki, sən oluram mən..
Mən sənə gəldikcə uzaqlaşırsan,
Heçmi düşünmürsən yoruluram mən..
Ömrümün ən gözəl hədiyyəsisən
Qəlbimin ən gözəl yerinə düşür,
Sənin ad gününə məndən hədiyyə
Yazmağım bir qəzəl yerinə düşür..
Qadın var bir adi xoş sözə dəymir,
Sənə isə dastan yaza bilərəm..
Heç vaxt ağlamağa qoymaram səni,
Gözlərinin yaşın özüm silərəm..
Sənə gül demirəm, çiçək demirəm,
Sənə məhəbbətin özü deyirəm.
"Sevirəm" sözümün sahibəsisən,
Sən ən dəyərli sözü deyirəm..
Üfür qəm kədəri küləy aparsın,
Qəlbimizdə qüssə qalmasın daha.
Səni məndən ayrı salmasın deyə,
Hər gün yalvarıram uca Allaha..
©1parçaşeir
1