Olmadı bu dəhridə bir könülümə
həmdəm mənim.
Dərd ilə ağuşuna aldı cismimi
aləm mənim.
Şeytani vəs-vəsəyə bəşər təməldən allanıb
nəfsi vermiş cənnəti məkanı əldən allanıb
şeytandan nə cür xilas olum əzəldən allanıb
şeytana nənəm HƏVVA İlə babam ADƏM mənim.
Ata-ana,dostu-yoldaş dedi
qəbul etmədim
qeybət edən dilimi zikirlə məşqul
etmədim
nəfsimə qul oldum əsla nəfsimi qul etmədim
yaxdı atəşlərdə qəlbi nəfs adlı
şəm mənim.
Fani dəhrin eşqi kuyində bəşər
aciz qalıb
kimisini qəlbi mərəz edib
dərdə-qəmə salıb
kimsinin də qəbzi-ruh edib
şirin canın alıb
göz önündə canlanır bu səhnələr
hər dəm mənim.
Mən bilən bu cür zülüm etməz
insan, insana
az qalır ki hicrin ilə od tutub
qəlbim yana
bi'əlac könlüm məhbusdu
həsrət ilə hicrana
hicri kuyində olubdur şux qamətim xəm mənim.
TƏNHAAŞİQ o,zalim heç sənə
uyğun olmayıb
çün sənin tek sevən qəlbi qəmlə
yorğun olmayıb
hər sevən insan sevib dərd ilə məcnun olmayıb
bu nakam eşqidə yox dərdimə
məlhəm mənim.
☯️☯️☯️☯️☯️☯️☯️☯️
☯️ TƏNHA AŞİQ.☯️
☯️☯️☯️☯️☯️☯️
☯️☯️☯️☯️
☯️☯️☯️
☯️☯️
☯️
©tenhaasiq
T