D

Ana

Bu dünyanın nazı nemətidir ana
Dünyadakı ən gözəl nəğmədi ana
Gözəllərin gözəli dəyərli ana
Bilərik dəyərini öləndən sonra.
Allah bilir sənin dəyərini ana
Nədən sərsin cənnətini ayağına
Çünki müqəddəssən çox önəmlisən
Dünyanın ən böyük incisisən ana.
Səni istəmsizcə incidirik ana
Bəzəndə şıltaqlıq edirik ana
Bunu bizdən yaxşı sən bilirsən
Səni əslində çox istəyirik ana.
Əllərinə qurban olaram can ana
Zəhmətin önündə baş əyirəm ana
Hər çəkdiyin əziyyət bizim üçündü
Bundan ötrü çox dəyərlisən can ana
©darya_isaq