T

Ana

Mənə həyat verən, yaşam səbəbim,
Haqqın heç bir zaman, ödənmir sənin.
Mənə sevinc verən,nur üzlüm mənim ,
Yalnız bu həyatda, sən oldun,ana.
Bezmədən dinlədin , bütün dərdimi,
Unutmaram heç vaxt, dediklərini.
Səhvləri bəzən də,görməzdən gəldin,
Sən məni , həmişə düz etdin ,ana.
Qurbanam, sənin o, gözəl səsinə ,
Bizi bağışlayan, gözəl qəlbinə.
Bəzən, çox incidib, üzmüşük səni,
Bağışla,bunun üçün sən bizi,ana.
Sən, həmişə bu evin xanımı oldun,
Fatimənin, Zəhranın anası oldun.
Qürurlandığ biz ,bununla ,həmişə,
Fəxr etdik hamının içində,ana.
Yanımda olduğun hər aya, günə,
Hər ilə, hər fəsilə şükürlər olsun.
Səni bizim edən, gözəl rəbbimə,
Sonsuz təşəkkürlər olsun,ana.
Yaxşı ki, sən bizim anamız oldun,
Əlinin ən əziz insanı oldun.
Mehriban, qayğıkeş sevgin ilə,
Dünyamızın gözəli, sən oldun,ana.
İndi ,bugün sənin, doğum günüdür,
45 il geridə qoyub gəlmisən.
Qəlbin tək həyatın, həmişə gözəl,
Həmişə sevincli,qoy olsun ,ana.
Yaxşı ki, doğuldun, yaxşı ki,varsan,
Sən ayrı həyat, ayrı dünyasan.
Ad günün mübarək,canımın içi,
Ad günün mübarək mələyim anam.
©zehra2004