I

Ana........

Buza dönüb göz yaşların,
yanağına ağ qar yağır....
Gözlərindən baxışların
sonsuzluğa uğurlanır...
Saçlarında solur gecə
qış oyanır yuxusundan
Dilindəki şeirlər də
Uçub gedir yuvasından
Yuyunursan buz sularda
Torpaq içir göz yaşını
Daşa dönən divarlarda
Oxşayıram baxışını...
Pəncrəmi gecə kəsir,
Günəş dalır lal yuxuya
Ruhum məhkum,ruhum əsir
Sən yatdığın çarpayıya
Əzablardan qırışlarla
Bir hekayə yazır hüzün
Üşüdünmü torpaq altda?!
Bu qış necə keçdi günün?
Havalar yaman soyuyub
Qalın geyin torpağını
Məndən arxayın ol ana
Yaşadıram varlığını......İrade