M

Ana

Maral gözlerine qurban olaram
Sən mənim varlığım canımsan ana.
Sənin sözlərinə heyran olaram
Sən mənim həyatım qanımsan ana.
Qocalmısan saçlarına dən düşüb
Mənim gözlərimdə cavansan hələ
Qara gözün nur üzünə tən düşüb
Mənim ürəyimdə qalassan belə.
Sənin həyatın qalın kitabdır
Sənin sevgin mənə qanaddır.
Mənim həyatım sənə xitabdır
Sən mənim şöhrətim-şanımsan ana.
©masterpoem