T

Ana

İlahi!Anama uzun ömür ver,
Həmişə canını sağ elə onun.
Onun ocağından mənə kömür ver ,
Hər zaman üzünü ağ elə onun.
Varlığı mənimçün ən gözəl hissdir,
Yaşam səbəbimdir bu xoş diləkdən.
Hər kəsə bəxş etsin Tanrı bu hissi,
Ən böyük arzumdur Sidqi ürəkdən .
Nə qədər ucalsam olsam da Paşa,
Mən onun yanında nökər olacam.
Nə qədər qocalsam dolsam da yaşa,
Anamın yanında uşaq olacam.
Dizinə baş qoyub yatım hər zaman,
Yenə də başıma sığal çəkəcək .
Elə ki olacaq halım pis yaman ,
Sübhəcən yanımda keşik çəkəcək .
Ana müqəddəsdir.Belə bil ki sən ,
Tanrı bir mələyin veribdir sənə .
Həmişə uca tut uca bil ki sən ,
O bu tərbiyəni veribdir sənə .
©tariyel