R

Ana

Ana,öz qanınla yoğurdun məni,
Sən mənə can verdin, tərbiyə verdin.
Heç kim əvəz etməz dünyada səni ,
Yarpaq tək başımın üstə əsərdin,ana,
Anacan bilirəm bütün həyatda
Ananın bağlıdır övlada canı.
Hamının borcudur saxlasın yadda,
Baladır ananın iliyi, qanı.
Məramın, niyyətin,
Bulaqdan duru.
Vüqardan sarsılmaz,
Dağlar qüruru.
Qolumun qüdrəti ,
Gözümün nuru,
Şərəfim , şöhrətim, şanımsan ana
Sən məni yaşadan canımsan,ana,
Qurbanam sənə ,Ana
©