A

Ana Laylası

Doqquz ay bətnində saxlayıb məni
Heç uf demədən minnət etmədən
Uyudub dizində yatırıb məni
Oysaki gözünə yuxu getmədən
Təmiz nəfəsiylə həlim səsiylə
Söyləyib astadan ana laylası.
Hərzaman birinci bizi yedirdib
O öz loxmasını bizə veribdi
Müqəddəs yerlərdə qurbanlar kəsib
Kutsal ocaqlara niyaz edibddir
Təki biz salamat olaq hərzaman.
Quran əyəsidi ana laylası
Böyüdüb bizləri çatdırıb yaşa
Eyləyib tərbiyə salıbdı başa
Saçları ağarab üzü qırışıb
Yetişib Allaha o eşit yaşa
Allahdı demirəm summe-haşa
Qulağda ilk ezan ana laylası
Cənnət anaların ayağı altdadı
Bunu söyləyibdir Nəbiy Mustafa.
Ananın ayağına qapılsan hətda
Yazılar savablar lövhu məhfuzda
Müqəddəs kəlamlar enərkən yerə onların ən ilki Ana laylası
©azerazad