Gər salsa məni qəm dolu dəryalara eşqin,
Onda olaram mən də o dərya kimi coşqun,
Qərq eyləyər aləmləri eşq adlı bu daşqın
Etmə belə zülmü mənə insaf elə artıq
Ol saf gülüşü mən daha bu qəlbimə aldım
Sadiq olub öz əhdimə hər əhdidə qaldım
Mən ki bu həyatda sənə tək meylimi saldım
Sənlə yaşayan eşqimi vermə yelə artıq
Qəlbimdə coşubdur yekə dəryayi-məhəbbət
Gözlür səni qəlbimdə saf eşqimlə, saf ülfət
Sanma usanıb aşiqi bu eşqidə, afət
Dönmüş daha o mənbəyi-eşqlə selə artıq
Kim olsa bu dünyada saf eşq ilə yaralı,
Durmaz biləsən dərdinə dərmandan aralı
Olmaz ona bu maneə ki, yarı haralı?!
Qüvvətli olar eşq ilə gücsüz belə artıq
Saflıqla çıxa kim əgər eşqin sorağına,
Durmaz yenə tuş gəlsə də aləm qınağına
Kim düşdüsə, Merac, bu məhəbbət sınağına,
Sevgiylə baxar hətta o nazik telə artıq..
#MERAC
©merac
M