Gözlərin könlümə batan tikandı
Çıxarmaq mümkünsüz olubdu daha
Bəlkə də o tikan xəyallarımdı
Duam da etdiyim həmişə Allaha
Bilmirəm sonumuz necə olacaq
Mən qərib diyarda məskən diləyən
Sən həmin məskənin bax özüsən bil
Kaş olmayaydın ora qəhər ələyən
Nə edək bəlkədə qismət beləymiş
Yarpağa yazılan bizlə səhv düşüb
Düzdü biz başqa ağacdan idik
Amma qoxun küləydən mənlə görüşüb
Bəlkədə o deyil mən səma idim
Sən bulud olmuşdun atmosferimdə
Özümü nə qədər uca hiss etdim
Baxmadım heç nələr qalıb gerimdə
Dilimdən kaşkilər nədən düşməyir
Onlara pilləkən qoymadın axı
Gözümdən çəkməzdin gözünü bir an
Sən ki olanlara uymadın axı
Arzular bizimçün varmış sən demə
Niyə biz arzuyla yaşadıq belə
Bu sevgi elə bir acıyla gəldi
Sandım nağıl ehtiyyac duyur vergülə
Ancaq sən olsanda mənim səbəbim
Yaşamaq qənimim olmuşdu yoxluq
Artıq sən riyazi məsəlim idin
Yerin təşkil edirdi bax orda çoxluq
@huseyn_derin
©huseyn_nn
_