Yenə asır özünü, bu gecədən bir adam.....
Boğazında yağışın izi qalır beləcə.
Nə gücü var ayıla, nə gücüm var oyadam,
Bəlkə son gecəsidir yaşayır o bu gecə....
Axır üzü aşağı qəlbindəki arzular,
Donur əli ayağı, bir ölümü arzular.
Nədir məna gözündə bu həyatı söndürən ??
Əlindəki kəndiri boğazında döndürən???
Getdimi dönməyəcək sonsuzluqdan bir daha,
Adam asır özünü, ruhu batır günaha.
Sönür pəncərəsində arzuların işığı,
Ayrılıq kölgəsində ölümdür saxladığı....
Yumulur kiprikləri beynində son görüntü,
Üzərinə geydikləri həyatından töküntü.
Qəlbi uçub dağılır yerində lal yağışlar,
Ömrü əlindən alıb bircə anı bağışlar....
Son nəfəsi iynə tək qəlbinə batır indi.
Sancılı bir yuxuda ölümə yatır indi...
Yatır ruhu, mənliyi bir gecədə dəfn olur,
Özündən əvvəl onun xatirəsi məhv olur...
Səssizliyi səs olur batır qaranlıqlara,
Adam atır özünü özündən uzaqlara..
Nə bir giley, nə bir kin oxunmur baxışından,
Ölümü sudan doğub ipi də yağışından...........İradə.
I