T

AŞİQ AZ İNSAN 💔

Aşiq niyə əhdində xilaf çıxsın
edib sevgisin etiraf çıxsın
sevən üreydə şərtidi ki saf çıxsın
çün sevib öz yarına sadiq olan
aşiq az insan var.
Var salan eşqilə iz məhəbbətə
dəyəri canından əziz məhəbbətə
əhdinə sadiq təmiz məhəbbətə
inanıb etibarına sadiq olan
aşiq az insan var.
Bir çoxu sadiq deyil öz məleyinə
aşiq gələr aşiqinin köməyinə
KƏBƏ diyər aşiqlər yarın üreyinə
qibləyi-zəvvarına sadiq olan
aşiq az insan var.

TƏNHA AŞİQ, qəlizdir eşqin yolu
zülmət yolun bəladır sağı-solu
çün sevgidən üstün tutublar pulu
əhdinə-ılqarına sadiq olan
aşiq az insan var.
TƏNHA AŞİQ
©tenhaasiq