C

Ask

Qucağında
Gəl mənə layla de yatım
Sənin isti Qucağında
Ağ sinəndə tərə batım
Sənin isti Qucağında
Pərvanə tək şəmdə yanım
Canımı qoy qurban sanım
Xoş keçsin sənlə hər anım
Sənin isti Qucağında
İsmayılı lütf et güldür
Nazınla sən məni öldür
Ürəyim bir qızılgüldür
Sənin isti Qucağında
©cesmeli555