Ey eşq sən nələrə qadirsən...
An olar göz görməz sənə düşüncə,
An gələr əl uzanmaz yerə düşüncə...
An gələr ruhumu alar sarmalarsan isti baxışlara,
An olar qərq edərsən son tapmaz qara qışlara...
Gün gələr bir qığılcım olar düşərsən ürəklərə,
Gün gələr böyüyərsən, yanğın olub talan edərsən...
Gün gəlib yol alar sənlə ürəklər ümidin maviliklərində,
Gün gələr alar ,udarsan...
İtər gedər, sevdalılar qaranlığının dərinliklərində...
©rhd_azeri
R