Bir gün məzarını ziyarət etsəm,
Əzrail görüşə qoyar gəlməyə?
Məzarın üstündə yuxuya getsəm ,
Məzarı səninlə qoyar bölməyə?
O kiçik məzarın genişdir qəlbi,
Bir küncdə yer olar mənə çox güman .
O vaxtı o mənə bir söz vermişdi ,
Əzrail canımı alar çox güman .
Bu biri dünyada ruhən gəzirəm,
Ruhumu bədəndən çalış gəl qopar.
O biri dünyanın yolun gəzirəm ,
O biri dünyaya gəl məni apar.
O biri dünyaya apar ki bəlkə,
O biri dünyada atamı görüm .
Bu biri dünyada görə bilmədim ,
Xəbərsiz apardı atamı ölüm.
Ölüm bir haqqdır olsada acı ,
Hamı bu haqqı bir gün görəcək .
Qızıldan olsada sultanın tacı ,
Vaxtı çatan kimi o da öləcək .
©tariyel
T