Hər addımda bizi düşünüb, yad edəndi ata
Hər an yanında bizi görmək istəyəndi ata.
Başda durduqca hər evə gecə çıraqdır ata
Əksik olma başdan heç vaxt, var ol həmişə ata.
Kimi uşağı cavan tərk edibdir şəhid ata
İndi məzarıyla fexr edir deyir igid ata.
Bəzi övladlar bilmədi sənin qədrini ata,
İstədilər tez qoysunlar səni məzara ata.
Kimi vara dövlətə görə atdı səni ata
Aparıb qocalar evində tənha qoydu ata.
Bil mən Dəryayam yaddan çıxarmaram kimdir ata
Varlığında baş ucalığıdır hər zaman ata.
©darya_isaq
D