Bir torpaq böyüdür səssizliyimi...
Yoxluğun dərd biçir, ayrılıq əkir.
Gözümdə olmayan rəsimlərini
Xəyallar aynadan üzümə çəkir
Sən ey varlığımdan xəbərsizləşən....
Nə yadam səninçün,nə qız nə oğlan.
O hansı səbrdir gözləməmişəm
Nə zaman çəkildi gözlərim yoldan?
Aldığım nəfəsin ünvanı sənsən
Sənin nəfəsini həsrət bilmişəm
Özüm öz əlimlə xatirələrdən
Ata surətinə libas tikmişəm....
Dar gəlir....Dar gəlir yetişmir dada
Xəyallar birləşib bir "ata" etmir
Hər nə itirmişəm yadımdadırsa
Səni itirdiyim yadıma gəlmir.
Mənim ilk sevgimi hara apardın?
Niyə yaşatmadı varlığın məni
Sən ki ata idin heç uzatmadın
İçimdə bir yetim eşqə əlini....
Qaraya qarışır gözümün ağı
Xəyaldan keçmişə qarışmasam da...
Səni yaşadıram atamsan axı
Mən qızın olaraq yaşamasam da.......İradə
I