Hardasan səsimə səsin verənim.
Hardasan gəlişimə tək sevinənim.
Hardasan gülüşümə gülüş verənim.
Elə darıxmışam sənin üçün Ata.
Telimə sevgiylə sığal çəkənim.
Ömrümə, ömrünü qurban verənim.
Dərdimi dinləyib dərdi bilənim.
Elə darıxmışam sənin üçün ata.
Sənsiz həyatımda boşluq yarandı.
Hər gələn güyakı dərdi böləndi.
Yerini doldura kimsə bilmədi.
Elə darıxmışam sənin üçün ata.
Desələr son dəfə arzunu söylə
Baxmaq isterdim o ala gözə,
Hər şeydən kövrələn o masum üzə
Elə darıxmışam sənin üçün ata.
©sa.mi.re
S