Y

ATAM.......

Həsrətin məni sıxır, kimsəsiz uşaq kimi,
Gözlərim, səni gəzir, Dilim səni danışır.
Hamı anlaya bilməz, Çətin başa düşələr.
Sözüm xeyli çoxalib, kimə deyim? Ay Ata.
Hamı deyir, danışır, qorxu ona yad olub,
Şücayətin, Qeyrətin , olub dillər əzbəri.
Mən səninlə fəxr edib, özümü tanimişam,
O Qeyrətli kişinin, Sarvan Rəvan oğluyam.
Sənən bir istəyim yox, qəti narahat olma,
Daha mənə nə gərəy? Sənin Adın Qürurum,
Atalardan deyim var, ot kökü üstə bitər,
Sənən mənə hopubdur, Şücayətin qeyrətin.

SARVAN ƏLİYEV ✍️ APSƏR
©yusam