T

Atama

Bir şeir yazıram cansız bir cismə ,
Bu şeirin sahibi yoxdur həyatda.
Bir vaxtlar torpağın üstündə idi o,
İndisə uyuyur torpağın altda .
Bu şeiri atama yazıram bu gün ,
Ona deyiləsi hələ sözüm var .
Torpağa tapşırdıq biz səni o gün ,
Ora çox soyuqdur həmdə ki çox dar.
Bir sözü soruşum .Ata! düzün de,
Niye incimisən bu qədər bizdən ?
Bu boyda ev-eşik qoyub dünyada ,
Torpağın altında yatırsan dizdən .
Əl açıb Allahdan kömək istədim ,
Bir kömək nədir ki çox gördü mənə?
Həmin gün Allahdan səni istədim,
Allahsa göylərdən yox dedi mənə.
Niyə çox gördü ki Allah bizlərə?
Yarı can ,yarı qan olan atamı.
Gözlərim önünə gətirirəm indi,
Gözümün önündə ölən atamı.
Bir vaxt varlığına qürurlanırdım,
İndi yoxluğuna üzülürəm mən,
Dönmüşəm göz yaşına gözlərdə indi,
Mənbədən mənsəbə süzülürəm var.
Bir süfrə başına yığılırdıq biz ,
İndisə məzarına toplaşır hamı .
Həmin o süfrədə yandırırdıq biz ,
İndisə üstündə yandırıram şamı .
Sənin varlığında verdiyim sözü ,
Sənin yoxluğunda yerinə yetirdim .
Dedim ki :"Yəqin ki qismət imiş mənə ",
Amma əvəzində səni itirdim .
Ölüm amansızdır kimi istəyir ,
Əlini ataraq götürür gedir .
Ölümü bilirəm çoxu pisləyir ,
Amma o yenədə bildiyin edir .
Ölümün oyunu var həyatdan alıb ,
Ölüm o oyunu mənə oynadı .
Öz ölüm günümü bilirəm artıq ,
Bir vaxtlar sevdiyim qızın toyunadı.
©tariyel