Kaş təsadüf bir gecə
Şəkildən keçib gələ
Yığışıb o dünyadan
Bu yana köçüb gələ
Elə bircə gecəlik
Olaydı otağında
Açıb qapını görüm
Uzanıb yatağında
Söndürəydim sobanı
İsinib nəfəsinə
Oyanaydım yuxudan
Bala oyan səsinə
İndi şəkildən baxır
Nə danışır nə dinir
Nə məni oyadan var
Nə də ki ev isinir
©vusaljafar
V