_

Axı bizə nə lazım idi? Bir az sevgi, yalnız hiss etməmək üçün tutmağa…

Axı bizə nə lazım idi?
Bir az sevgi, yalnız hiss etməmək üçün tutmağa çəkinməyəcəyimiz bir əl, və şirin duyğular
bəs böyüklərimiz? yoxmuydu onlarda istədiklərimiz?nəyə görə biz belə sevdik? niyə bizə güldülər? hər şey yaşlamı ölçülür bizim qəlbimizdə yer alan həmin sevgiyə nə üçün hərkəs lağ etdi? nəfəs almırdıq? yaşamırdıq? yoxsa bizi ölü zənn edirdilər?
bizə inanmırdılarmı bəs nə üçün ömrünü bizi böyütməyə sərf etmişdilər bizmi yalançı olduq hər sözümüzə inandılar? onlarmı doğruları görmədilər? kormu olmuşduq hər şeyi görə-görə?
Uzaqlar bizə yaxınlaşdıqca niyə yaxınlardan qaçırdıq? nəyə görə qorxularımızın üzərinə getmirdik? yalansız saf sevgimizə nə xələl gətirdi axı bu yaşda ayrılıqdamı görəcəkdik? biz nə istədik nə? bizi gülünc vəziyyətə nə salırdı niyə biz sevgidən danışa bilməzdik? bizdə ürəkmi yoxuydu yoxsa yalançımıydıq?
Axı bizə nə lazım idi.....??
©huseyn_nn