M

🍂Axı niyə aşiq oldum mən sənə?!🍂

Gülüşlərin xəyalıma yazıldı
Axı niyə aşiq oldum mən sənə?!
Qəlbimdə də bir məzarın qazıldı
Axı niyə aşiq oldum mən sənə?!
🍂...🍃...🍂
Yolumun üstünə çıxdığın anda
Qəlbim çırpınmışdı həmən zamanda
Məni tərk eylədin çəndə, dumanda
Axı niyə aşiq oldum mən sənə?!
🍂...🍃...🍂
Niyə mənim fikrimdə hey gəzirsən?!
Yoxluğunla bu qəlbimi əzirsən?!
Söylə indi başqa qəlbi bəzirsən?!
Axı niyə aşiq oldum mən sənə?!
🍂...🍃...🍂
QəmliAşiq, qəm qaladın özünə
Aldanmısan vəfasızın sözünə
Denən yaşlar dola-dola gözünə
Axı niyə aşiq oldum mən sənə?!
©QəmliAşiq~©M.R.
🍂QəmliAşiq🍂
©qemliaşiq