Səmada ulduzları seyr edəsən
bir gözəl yar ilə axşamlar gözəl
dalıb qəmli xəyallara gedəsən
göz yaşını silə axşamlar gözəl.
O, zülmət gecələrə bənzərdi
mənim taleyim mənim qismətim
yaşatdı dözülməz acı bir dərdi
gəncliymi aldı nakam məhəbbətim.
Ay üzlü vəfasız zalım bir mələk
intizarlı gözləri yaşlı saxladı
inandığım gələrək hiylə-kələk
hər anı zülümlü əzaba bağladı.
TƏNHA AŞİQ
©tenhaasiq
T